• 03.10.2024
  • 14

Prof-Dam Sertifikatlarını Alıb

Prof-Dam Zavodu, yüksək keyfiyyətli dam örtükləri və tikinti materialları istehsalında mühüm bir uğura imza ataraq, Azərbaycan Respublikasının Uyğunluq Sertifikatını və beynəlxalq EN508:2021 CE Sertifikatını əldə edib. Bu sertifikatlar zavodun məhsullarının həm yerli, həm də beynəlxalq standartlara uyğun olduğunu təsdiq edir.

Azərbaycan Uyğunluq Sertifikatı, zavodun istehsal etdiyi məhsulların yerli bazarda təhlükəsiz və keyfiyyətli olduğunu göstərir. EN508:2021 CE Sertifikatı isə Prof-Dam’ın beynəlxalq miqyasda etibarlılığını artırır və Avropa bazarlarında rəqabət qabiliyyətini gücləndirir.

Bu uğur, Prof-Dam’ın müştərilərinə daha etibarlı və davamlı həllər təqdim etməklə yanaşı, Qarabağ və ümumilikdə Azərbaycanın tikinti sektorunun inkişafına da mühüm töhfə verəcəyini göstərir.

Share: