Xammal
Metal kirəmit və profnastil tipli dam- fasad örtüklərinin keyfiyyəti istehsal zamanı istifadə edilən müvafiq xammalın seçimi ilə birbaşa əlaqəlidir. Dünyanın ən aparıcı istehsalçılarından təchiz etdiyimiz PPGI (sinklənmiş, polimer örtüklə boyanmış) polad rulonlar, bizlərə müştərilərimiz üçün həm xoş estitik görünüşlü, həm də hər cür iqlim şəraitinə uyğun və korroziyaya qarşı mübarizədə olduqca funksional məhsul təklif etmə imkanı verir. PPGI alışı zamanı metal təbəqə qalınlığının, sinklənmə miqdarının, polimer boyanın markası və səthin tipi xüsusi şəkildə bazarın gündəlik tələbatına uyğun olaraq tərəfimizdən xüsusi diqqətlə nəzərdən keçirilir. Alıcılar düz təbəqələr şəklində dam örtüyü olaraq istifadə etmək məqsədi ilə zavodumuzdan metal rulonları tam, kəsilmiş, dilimlənmiş təbəqələr şəklində də ala bilərlər.
Metal dam örtüklərinin tərkibi
Metal kiramit və profnastil tipli dam-hasar örtüklərinin rəngi aşağıdakı RAL kodlarına uyğun olaraq, metal təbəqənin səthi isə mat (matt), parlaq (polyester) və ya supermat (wrinkle) növlərdə olmaqla müxtəlif boyanma çeşidlərində ilə təchiz edilə bilər. Metal rulonlarımız 0.25-0.55 mm qalınlıqlarında ambarımızda stok edilir.