Biz peşəkar və təcrübəli şəxslərdən istifadə edirik.
Dam-fasad İstehsalı və Satışı
Prof-Dam MMC müxtəlif metal dam-fasad örtüklərinin istehsalı və satışının təşkili məqsədi ilə 2022-ci ildə təsis edilmişdir. 19.04.2022 tarixindən etibarən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən müəssisəmizə Ağdam Sənaye Parkınınrezidenti statusu verilmişdir.
19.09.2024 tarixində işğaldan azad edilmiş Qarabağ İqtisadi Zonasında yerləşən Ağdam Sənaye Parkında, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ila Prof-Dam dam örtükləri istehsalı zavodun təntənəli rəsmi açılışı olmuşdur.
Zavodumuzda metal kirəmit dam örtükləri profnastil lövhələr, su sistemləri və müxtəlif dam örtüyü aksesuarları istehsal olunmaqdadır. Sinklənmiş və xüsusi polimer örtüklü metal xammaldan Avropa avadanlıqlarında istehsal olunan məhsullara zəmanət verilərək müştərilərə təqdim olunur.
Şirkət öz fəaliyyətini beynəlxalq İSO 9001, ISO45001 və İS014001 standartlarına uyğun təşkil etmişdir