Monterrey

Monterrey tipli, metalkirəmit dam örtükləri klassik və müasir üslubu birləşdirir. Bu profilli təbəqələr təbii kirəmit plitələri imitasiya edir. Eyni zamanda metalın yüngüllük, möhkəmlik, dayanıqlıq, yanğına davamlılıq kimi metalın ən yaxşı xüsusiyyətlərini özündə cəmləşdirir. Bu növ dam örtüklərinə tələb ildən-ilə artır. Monterrey tipli metalkirəmit plitələr qiymətdə münasib olmaqla bərabər, quraşdırma zamanı xərclərə qənaət edir. Metal təbəqələr dəqiq şəkildə dam əyiminə uyğun olaraq hazırlanır və beləliklə bağlantı nöqtələrində kəsintilər ciddi şəkildə azalmış olur. Bu metal kirəmit plitələr, sinklənmiş və xüsusi polimer boya qatı vurulmuş, keyfiyyətli polad təbəqələrin zavodumuzun istehsal xəttində lazımi forma və ölçüdə şəkilləndirilərək istehsal olunur.

  • Qalınlıq: 0.38 - 0.55
  • Ölçü: 1200 x 2200 mm
  • Örtük: Parlaq, Mat, Super Mat